
Əvvəllər satılmamış məhsullarını məhv edən şirkət bu dəfə pulsuz paylayacaq
Sentyabrın 1-dən başlayaraq Amazon şirkəti ABŞ-dakı və İngiltərədəki anbarlarında olan satılmamış və alıcılar tərəfindən geri qaytarılmış məhsulları xeyriyyə təşkilatlarına bağışlayacaq.
Lent.az "technote"a istinadla xəbər verir ki, daha əvvəllər şirkət bu cür məhsulları məhv edirdi. Məlumata sasən, təkcə Fransada şirkət hər il 3 milyon məhsulu yenidən emal edir. Şirkət standart olaraq bu yeni təşəbbüsə satılmamış məhsulların yenidən emal edilməsi razılaşmasına sahib bütün satıcıları daxil edib.
İstəyə uyğun olaraq partnyorlar bu təşəbbüsdə iştirakdan imtina edə bilərlər. ABŞ-da sözügedən məhsulları Good360, İngiltərədə isə Newlife, Salvation Army və Barnardo’s adlı xeyriyyə təşkilatları əldə edəcəklər. Satılmamış məhsulların xeyriyyə təşkilatlarına verilməsi satıcılara məhsulların emal olunması qiymətində başa gələcək. Yəni 0.15$. Bununla belə, məhsulların geri qaytarılmasının qiyməti isə 0.50$ təşkil edir.
Bu ilin yanvar ayında Fransanın M6 adlı telekanalının mənbələri bildirmişdilər ki, Amazon şirkəti 2018-ci ilin aprel ayından bəri Şalon-sür-Son şəhərinin bölüşdürülmüş mərkəzlərindən birində 293.000-dən çox məhsulu emal edib. Şirkət həmin məhsulları yandıraraq və ya böyük tullantı yerlərinə göndərərk onlardan qurtulur. Həmin vaxtda Fransanın ekoloji dəyişikliklər nazirliyinin dövlət katibi Brune Poirson bildirmişdi ki, nazirlik hələ istifadəsi mümkün olan məhsulların atılmasını qadağan etməyi planlaşdırır. Əks halda Amazon şirkətini cərimələr gözləyir. Fransa parlamenti bu təşəbbüsün müzakirəsinə hələ başlamayıb.

Oxşar yazılar

Tripolidə küçə qarşıdurmalarında yaralıların sayı 226-ya çatdı - YENİLƏNİB
28 yanvar 2021 , 02:56
Ərdoğan İlon Maskla kosmik əməkdaşlığı müzakirə etdi
27 yanvar 2021 , 23:40Gənc reper özünü öldürdü
27 yanvar 2021 , 19:19
Evli sevgilisini güllələyib sonra da...
27 yanvar 2021 , 16:44
Bu ölkədə 76 günə virusdan ölüm sayı 100 mini keçdi
27 yanvar 2021 , 09:45
Koronavirusun daha təhlükəli nəticələri MƏLUM OLDU
27 yanvar 2021 , 08:10Həftəsonu Yer kürəsi yaxınlığından böyük asteroid keçəcək
27 yanvar 2021 , 04:18
Etirazçılar Paşinyanın diplomatik pasportunu oğurlayıblar
27 yanvar 2021 , 02:12