Müəllimlərin işə qəbulunun müsahibə mərhələsi bu tarixdə başlayacaq
16 avqust 2019 10:25 (UTC +04:00)

Müəllimlərin işə qəbulunun müsahibə mərhələsi bu tarixdə başlayacaq

Avqustun 19-dan 23-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu mərhələdə vakant yer tutan 3 728 nəfərin iştirakı gözlənilir.

Müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlərmiq.edu.az/musahibeler linki vasitəsilə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.

 

 

 

 

 

# 442
avatar

Aygün İbrahimli

Oxşar yazılar