Alma mürəbbəsinin hazırlanması - <span style="color:red;">Usta öz sirlərini açır : <span style="color:red;">Lent.az-ın mətbəxi
11 avqust 2019 17:34 (UTC +04:00)

Alma mürəbbəsinin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “EV YEMEKLERİ” adı ilə məşhur olan ustanın alma mürəbbəsini necə hazırlaması ilə tanış edəcəyik.
 
Tərkibi:
 
1 kq alma, 900 qr şəkər tozu, 1 stəkan su 
 
Hazırlanma qaydası:
 
Almaları yuyuruq, arxa hissəsini ovub çıxarırıq və  saplaqlarını qısaldıb deşdəkləyirik. Sonra almaları ləyənə yığıb, şirəni hazırlayırıq. Pesoku və suyu qazana töküb qoyuruq ocağa, 5-6 dəqiqə sonra qaynamağa başladıqda şirəni ocaqdan götürüb almaların üzərinə əlavə edirik.  Meyvələri şirədə qarışdırırıq və yarım saat kənarda saxlayırıq ki, soyusun. Daha sonra yenidən meyvəni qoyuruq ocağa və qaynağa düşdükdə təkrar söndürüb soyuduruq. Bu qaydanı üç dəfə təkrar edirik. Üçüncü mərhələdə artıq mürəbbənin tam bişməsini gözləyirik. Meyvənin və şirənin rəngi dəyişdikdən sonra baxırıq əgər mürəbbə hazırdırsa ocaqdan götürürük. Sonra sterilizə olunmuş bankalara yığıb sərin yerdə saxlayırıq.
 
Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1595

Oxşar yazılar