Prezidentliyə namizəd: <span style="color:red;">"Seçilsəm, yadplanetlilər haqda məlumatı açacam"
09 avqust 2019 19:57 (UTC +04:00)

Prezidentliyə namizəd: "Seçilsəm, yadplanetlilər haqda məlumatı açacam"

Amerika Birləşmiş Ştatlarında 2020-ci ildə baş tutacaq prezident seçkilərində namizəd olan Vermont senatoru Bemie Sanders maraqlı açıqlama verib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, seçiləcəyi halda o uçan naməlum obyektlərlə bağlı dövlətin əlində olan bütün məlumatları cəmiyyətlə paylaşacağını deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyun ayında iştirak etdiyi bir proqramda ona hərbi pilotların son zamanlarda UNO-ları görməsi ilə bağlı məlumatlar gəldiyini, ancaq UNO-lara inanmadığını açıqlamışdı.  

2016-cı ildə ABŞ-da keçirilən seçkilərdə iştirak edən Hilari Klinton da yad planetdən gələnlərin dünyayı dəfələrələ ziyarət etmə ehtimalına toxunmuş, bu məsələni özünün də öyrənəcəyini açıqlamışdı.

# 1390
avatar

Aygün İbrahimli

Oxşar yazılar