

İtkin pilotdan XƏBƏR VAR: "dənizin dibində ..."
“Axtarışların hələ ki bir nəticəsi yoxdur”.
Bu sözləri Lent.az-a Xəzər dənizində qəzaya uğrayan təyyarənin pilotu Rəşad Atakişiyevin qayınatası, tanınmış politoloq Qabil Hüseynli deyib. O bildirib ki, axtarış zonasında son dəfə dünən olublar:

“Axtarışlar intensiv gedirdi. Mütəxəssislər dənizin dibində fotoçəkiliş aparırdı ki, təyyarənin izinə rast gəlinsin. Hazırda axtarışlarla bağlı yeni xəbər gözləyirik”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.
Oxşar yazılar

Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
5 iyul 2025 , 14:45Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı
5 iyul 2025 , 14:27
Sabah da çimərlik havası olmayacaq - PROQNOZ
5 iyul 2025 , 13:43