303
11:50
08 Avqust 2019

Rusiyada ağır yol qəzası: 3 ölü, 41 yaralı - VİDEO

Rusiyanın Novorossiysk yaxınlığında ağır yol qəzası baş verib.
APA “INTERFAX”a istinadla xəbər verir ki, “Hyundai” markalı sərnişin avtobusu qarşıdan gələn “Volkswagen Touareg” markalı avtomobillə toqquşub.
Qəza Novorossiysk-Kerch magistral yolunun on altıncı kilometrliyində (A-146), Verxnebakanski kəndi yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, avtobusun sürücüsünün idarəetməni itirməsi səbəbindən "Hyubdai" və minik avtomobili yoldan çıxaraq on metrlik dərinlikdə olan dərəyə düşüb.
Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyar Baş İdarəsinin yaydığı məlumatda bildirilib ki, minik avtomobilində olan qadın və iki uşaq dünyasını dəyişib.
1974-cü il təvəllüdlü sürücü xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Avtobusunda olan sərnişinlərdən isə 12-si uşaq olmaqla, 41 nəfəri xəstəxanaya yerləşdirilib.
Avtobusun "Hellas" sanatoriyasına aid olduğu bildirilib.