
Bank filiallarının açılması üçün tələb edilən sənədlərin sayı artırıldı
Bank və ya xarici bankın yerli filialının açılması üçün tələb edilən sənədlərin sayı artırılıb.
APA-nın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı “Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları”nda müvafiq dəyişiklik edib.
Dəyişikliyə əsasən, bank və ya xarici bankın yerli filialının açılmasına bank lisenziyasının verilməsi prosesində ilkin müraciət zamanı, yerli bankın yerli filialının açılmasına icazələrin verilməsi zamanı, habelə bankın və ya xarici bankın yerli filialının fəaliyyətləri dövründə bank inzibatçısı vəzifəsinə namizəd kimi təqdim olunan şəxslər barəsində Maliyyə Bazarlarına Nəzarət Palatasına bankın baş mühasibinə (mühasibat xidmətinin rəhbərinə) münasibətdə peşəkar mühasib sertifikatının təqdim edilməsi də tələb olunacaq.
Qeyd edək ki, indiyə qədər banklardan bununla bağlı təhsil və əmək fəaliyyəti haqqında sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri, namizəd tərəfindən doldurulmuş anket, namizədin bankda və digər hüquqi şəxslərdə mühüm iştirak payını göstərən siyahı, bankın İdarə Heyətinin üzvlüyünə (xarici bankın yerli filialının rəhbərliyinə) təqdim edilən namizədin bankda nəzarət edəcəyi sahə haqqında yazılı məlumat, namizəd tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə və inzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və müvafiq qaydada rəsmiləşdirilmiş (konsul leqallaşdırması və ya apostilin verilməsi) arayış (yerli bankın yerli filialının açılmasına icazələrin verilməsi zamanı istisna olmaqla); tələb olunub.
Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00