Zoğal mürəbbəsini belə hazırlayın - Usta öz sirlərini açır: <span style="color:red;">Lent.az-ın mətbəxi
05 avqust 2019 16:54 (UTC +04:00)

Zoğal mürəbbəsini belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “lavanda618” adı ilə məşhur olan səhifəyə istinadla zoğal mürəbbəsinin resepti ilə tanış edəcəyik.
 
Tərkibi:
 
Zoğal 1 kq, şəkər tozu 1 kq, su 1 stəkan
 
Hazırlanma qaydası:
 
Öncə zoğalları təmizləyib yuyuruq. Sonra ləyənə şəkər tozunu, üzərindən su əlavə edib ocağa qoyuruq. Şəkər əriyəndən sonra zoğalı əlavə edib qarışdırırıq və qoyuruq kənarda suyunu buraxsın. Zoğal digər meyvələrdən fərqli olaraq çox sulu olmur. Daha sonra mürəbbəni ocağın üstünə qoyub zəif odda 10-15 dəqiqə bişiririk. 15 dəqiqə sonra ocağı artırıb mürəbbəni tez-tez qarışdırırıq. Mürəbbə qaynadıqca, onun üzərinə yığılan köpükləri təmizləyirik. Mürəbbə bişdikdən sonra sterilizə olunmuş bankalara yığıb sərin yerdə saxlayırıq.
 
Nuş olsun!   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1785

Oxşar yazılar