
Rumıniyada nazir zorakılığa məruz qalmış qıza görə qovuldu
Rumıniya təhsil naziri Yekatrinu Andronesku oğurlanaraq cinsi zorakılığa məruz qalmış və öldürülmüş 15 yaşlı qızla bağlı sözlərinə görə vəzifəsindən azad edilib.
APA-nın xəbərinə görə, bu barədə Rumıniya baş naziri Viorika Dençile "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Qeyd edək ki, iyulun sonlarında Dobrosloveni kəndindən Karakala gedən təsadüfi maşına minən 15 yaşlı qız itkin düşüb. Ölümündən əvvəl o, 3 dəfə xilasetmə xidmətinə maşınına mindiyi kişi tərəfindən döyüldüyü və zorlandığı barədə məlumat verib. Hüquq-mühafizə orqanları 19 saatdan sonra hadisə yerinə gedib və bu zaman qız artıq öldürülmüş olub. Hadisə ilə əlaqədar daxili işlər naziri Nikolae Moqa istefa verib.
Təhsil naziri isə cinayət hadisəsinə münasibət bildirərkən deyib ki, qıza tanımadığı şəxsin maşınına minməmək öyrədilib. Bu açıqlama cəmiyyətdə geniş rezonans yaradıb. Baş nazir isə bildirib ki, bu açıqlama təhsil nazirinin dövlət orqanlarının uşaqları necə qorumalı olmasından xəbərsiz olduğunu göstərir və bu məsuliyyətsiz açıqlama hökumətin mövqeyini əks etdirmir.
Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13
"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46