
Azərbaycan və İran nəqliyyat və yük daşımaları ilə əlaqədar İşçi qrupu yaradılır
Bu gün İran yol və şəhərsalma naziri Məhəmməd İslami və Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev arasında görüş keçirilib.
APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı müzakirə aparılıb.
M.İslami görüşdə İranın Naxçıvan- Məşhəd qatarının yenidən fəaliyyətə başlaması üçün hazır olduğunu bildirib. Ş. Mustafayev bunu yüksək qiymətləndirib.
Görüşdə Ş.Mustafayev Azərbaycan nəqliyyat vasitələrinin İran ərazisindən gediş-gəlişi, tranzit yük maşınlarından rüsumların alınması və yanacaq qiymətləri və bir sıra digər mövcud problemlər haqqında danışıb. Qərara alınıb ki, hər iki ölkənin nəqliyyat sahəsində məsul şəxsləri və ekspertərin iştirakı ilə müştərək İşçi qrupu yaradılsın. İşçi qrupu nəqliyyat və yük daşımaları sahəsindəki mövcud problemləri araşdıracaq və müvafiq qərar qəbul ediləcək.
Görüşdə Astara (İran) – Astara (Azərbaycan) magistral yolu və körpüsünün tikintisi ilə bağlı danışıqlar aparılıb. Qərara alınıb ki, dəmir yolu terminalının yaxınlığında avtovağzal da tikilsin. Eyni zamanda Astara (İran) – Astara (Azərbaycan) magistral yolu və körpüsünün tikintisi prosesi sürətləndirilsin.
Ş.Mustafayev görüşdə Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yük daşımalarının həcminin cari ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 faiz artdığını nəzərə çatdırıb.
Oxşar yazılar

“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17