



İranda zəlzələ baş verib
Bu gün səhər İranın Kirmanşah əyalətində 4,2 bal gücündə zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, Kirmanşah əyalətinin Tazə Abad bölgəsində 8 km dərinlikdə qeydə alınan zəlzələdən sonra 2 afterşok baş verib.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.