Qrelandiyada ötən ay bu qədər buz əriyib
05 avqust 2019 19:30 (UTC +04:00)

Qrelandiyada ötən ay bu qədər buz əriyib

Danimarkada aparılan araşdırmalara görə,sadəcə 31 iyulda Qrelandiyada 10 milyard ton buz əriyib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, ümumillikdə iyul ayında Qrelandiyada 197  milyard ton buz əriyib ki, bu da təxminən 80 milyon olimpiya buz meydançasında olan buz qədər edir.

Danimarkanın Meterologiya İnstitutu təxminən 4 aydır Qrelandiyada olan buzlaqların eyni sürətlə əridiyini açıqlayıb.

İnstitut Qrelandiyada mülayim havanın daha bir neçə gün çəkəcəyini bildirib. 

Alimlər hesab edir ki, Qrelandiyada baş verən ərimə qlobal istiləşmənin nəticəsində baş verir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 884

Oxşar yazılar