150
18:01
01 Avqust 2019

Zəvvarlara Həcc təlimi keçirilib

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək zəvvarlara Heydər Məscidində təlim keçirilib.

Lent.az -ın məlumatına görə, məscidin imamı hacı Rüfət Qarayev zəvvarları Həcc ziyarətinin texniki və şəriət məsələləri ilə bağlı məlumatlandırıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az -a bildirilib ki, zəvvarların ilk qruppası avqustun 2-də gecə saat 03:30-da yola çıxacaq. Ümumillikdə avqustun 2-də iki təyyarə reysi ilə 8 qrup gedəcək.

Zəvvarların gedişi avqustun 2-dən 6-dək davam edəcək.

Qeyd edək ki, ziyarətə getmək istəyənlər üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib.

Azərbaycana ayrılan kvota dolub.

Bu il Həcc ziyarətinin qiyməti 4285 dollardır.

Zəvvarlar ziyarətə təyyarə ilə aparılacaq.

Ziyarətdən dönüş avqustun 21-dən 25-dək baş tutacaq.