
Ermənilər aprel döyüşlərində ölən əsgərlərin qəbir daşlarını dağıtdılar
0
0
Ermənistanın paytaxtı Yerevanın Yerablur hərbi qəbiristanlığında aprel döyüşləri zamanı ölən əsgərlərin qəbir daşları dağıdılıb.
APA-nın “Armen Press”ə istinadən verdiyi xəbərə görə, qəbir daşlarının dağıdılmasını əks etdirən video sosial şəbəkələrdə yayılıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.
0
0