
Rusiya hərbi gəmiləri Bakıda
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri iyulun 31-də Bakıya gəlib.
Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.
Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23