“Yeni Nəfəs” Milli Kino mükafatının qalibi məlum oldu
30 iyul 2019 12:50 (UTC +04:00)

“Yeni Nəfəs” Milli Kino mükafatının qalibi məlum oldu

Azərbaycan Kinematoqrafçılar İttifaqı 2019-cu ilin gənclər üçün təsis edilən “Yeni Nəfəs” Milli Kino mükafatını (1000 manat) təqdim edib.

Lent.az-a  ittifaqın mətbuat xidmətindən bildirilib ki, kino sənətinin inkişafındakı nailiyyətlərinə görə ittifaqın gənc üzvü Fariz Əhmədov bu mükafatına layiq görülüb.

Bundan başqa, ittifaq Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlər göstərmiş ustad sənətkar Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətilə sənətkarın adına medal və təqaüd, eyni zamanda kinorejissor Rasim Ocaqov adına medal təsis edib. Bununla yanaşı, kinonu ən yaxşı təbliğ edən mətbuat nümayəndələri üçün də pullu mükafatlar nəzərdə tutulub.

Mükafatlar avqustun 2-də - Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.

 

 

 

 

# 899
avatar

Aygün İbrahimli

Oxşar yazılar