322
07:36
28 İyul 2019

Nigeriyada "Boko Haram" terror qruplaşması 23 nəfəri öldürüb

Nigeriyanın şimal-şərqində “Boko Haram” radikal qruplaşmasının üzvlərinin hücumu nəticəsində azı 23 nəfər ölüb.

APA xəbər verir bu barədə “France-Press” agentliyi məlumat yayıb.

Bildirilir ki, silahlılar motosikletlərlə Borno ştatında bir kəndə gəlib və dəfn mərasimindən qayıdan insanlara atəş açıblar.