Müəllimlərin işə qəbulunun<span style="color:red;"> SON GÜNÜ
24 iyul 2019 10:55 (UTC +04:00)

Müəllimlərin işə qəbulunun SON GÜNÜ

Bu gün - iyulun 24-də Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan verir.
 
Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, imtahanlarda 3279 namizədin iştirakı gözlənilir.
 
Xatırladaq ki, bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.
 
Bu günədək keçirilən imtahanlarda 39 mindən çox namizəd iştirak edib. İmtahanlar ərzində ən yüksək nəticə kimya fənni üzrə 60 bal olub.
# 348
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar