“ƏSA” Teatrı Lənkəranda anşlaqla qarşılandı
Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı Lənkəranda qastrol səfərindədir.
Bu barədə məlumatı Lent.az-a teatrın baş meneceri Nicat Qulam verib. O bildirib ki, cənub bölgəmizin döyünən ürəyi olan Lənkəran şəhərindəki N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində ƏSA Teatrının repertuarından tamaşaçıların sevimli "Adamlar və siçanlar" tamaşası anşlaqla baş tutub:
"Cari teatr mövsümünü qastrol səfəri ilə yekunlaşdıran ƏSA Teatrına olduqca böyük marağın olması Lənkəran səhnəsində bir daha qabarıq şəkildə görünüb.
Amerikalı yazıçı Con Steynbekin əsərinin motivləri əsasında hazırlanan tamaşa insanığa mərhəmət, alicənab hisslər aşılamaqla yanaşı, tamaşaçıları böyük insanlığa, mənəvi dəyərlərə səsləyir.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailovdur".
Qeyd edək ki, "Adamlar və siçanlar" tamaşası paytaxt Bakı ilə yanaşı regionlarda da nümayiş olunub. Tamaşaçıların teatra olan marağını nəzərə alaraq Naxçıvanda və Lənkəranda böyük coşğu ilə qarşılanıb.
Həmçinin ƏSA Teatrı bundan sonra ölkənin digər şəhər və bölgələrinə də səfər etməyi planlaşdırır.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06