
Gündəlik kirayə evlərin sayı artır - VİDEO
Bölgələrdə ev alıb kirayə verənlərin sayı artıb. Rieltorlar son günlər mənzil bazarında canlanma olduğunu deyirlər.
Belə evlər daha çox turistik zonalardadır. İnsanlar ev alıb onları günlük kirayəyə verirlər. Buna səbəb isə günlük kirayənin aylıqdan daha sərfəli olmasıdır.
Cənub bölgəsində belə evlərin hər cür şəraitinin olmasına fikir verilir ki, kirayə verən zaman da baha qiymət qoyula bilsin.
Mingəçevirdə də belə evlərə tələbat artıb. Rieltorların sözlərinə görə, gündəlik kirayə evlər üçün onlara daha çox müraciət olunur. Mingəçevirdən mənzil alanlar isə əsasən xaricdə yaşayan həmyerlilərimizdir. Onlar 1-2 otaqlı evlər alaraq, onları əşyalarla təchiz edib, kirayə verirlər.
Bərdə də kirayə mənzil bazarında canlanma var. İnsanlar ev alıb gündəlik kirayə verərək pul qazanmağa üstünlük verirlər. Ən baha kirayə qiymətləri yüksək komfortu ilə seçilən 1 və 2 mərtəbəli villalardadır.
Belə evlərin alış qiyməti isə yerinə və vəziyyətinə görə dəyişir.
Rieltorlar bildirirlər ki, əgər belə davam etsə, evlərin qiymətində bahalaşma müşahidə oluna bilər.
(Xezerxeber)
Lent.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxşar yazılar

“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17