Fatimə canlı efirdə niyə əsəbiləşdi? - CAVAB
19 iyul 2019 17:22 (UTC +04:00)

Fatimə canlı efirdə niyə əsəbiləşdi? - CAVAB

Rəqqasə Fatimə Fətəliyeva “5/5” verilişində prodüserinin üstünə əsəbiləşməsinə aydınlıq gətirib.

Lent.az-ın məlumatına görə, rəqqasə bildirib ki, prodüseri ilə arasındakı anlaşılmazlıq işlə bağlı olub: “Çəkilişi izlədim. Bir neçə ağzıgöyçək insanların reaksiyasını gördüm. Siz əsəbiləşmirsiniz? Həyatda çox məsuliyyətliyəm. Videoda nə söyüş söymüşəm, nə də etikadan kənar hərəkət etmişəm. Bunu niyə şişirdirsiniz? İşimi tələb edirəm. Nə rəqqasələrimi, nə də işçilərimi təhqir etmirəm. Sadəcə, rəqqaslarım tıxacda qalmışdı. İşçilərim qızların hələ də gəlmədiklərini söyləyəndə özümdən çıxdım ki, mən də insanam, çatdıra bilirəmsə, arxamdan gələn gordum, işçi qüvvəm də çatdıra bilər və çatdırmalıdır. Çünki bu, adımdır və göstərdiyim işin nəticəsidir”.

Qeyd edək ki, veriliş zamanı aparıcı Zaur Kamal reklam fasiləsinə ayrıldıqlarını deyib. Bu zaman Fatimə prodüseri ilə mübahisə etməyə başlayıb. Bütün bunlar canlı efirdə gedib.

 

# 560
avatar

Yalçın UĞUR

Oxşar yazılar