Mobil telefon 11 yaşlı qızın əlində alışdı – <span style="color:red;">Dəhşətli GÖRÜNTÜLƏR
18 iyul 2019 14:16 (UTC +04:00)

Mobil telefon 11 yaşlı qızın əlində alışdı – Dəhşətli GÖRÜNTÜLƏR

 
 
 
Kaliforniyada iPhone 6 smartfon modeli Kayla Ramos adlı 11 yaşlı qızın əlində yanıb. 
 
Lent.az “technote”a istinadla xəbər verir ki, hadisə anidən baş verib. 
 
Mobil telefon qəfildən alışmağa başlayıb. Həmin an smartfonu yatağının üzərinə atan Kayla hadisə haqda danışıb: 
 
“Mən əlimdə telefon oturmuşdum. Daha sonra mən telefonun alışdığını gördüm və onu yatağın üzərinə atdım". 
 
iPhone yatağın üzərindəki yorğanı yandırıb. Kayla Ramos xəsarət almayıb. Telefon isə tamamilə yanaraq yararsız hala düşüb. Bu hadisədən sonra 11 yaşlı qızın anası Apple şirkətinin dəstək xidmətinə və servis mərkəzinə müraciət edb.
 
 
Şirkət ona yeni smartfon modelini verərək baş vermiş hadisənin aydınlaşdırılacağına söz verib. 
 
Apple rəsmi olaraq bu hadisəyə hələ ki, heç bir fikir bildirməyib. Qızın anası qeyd edib ki, hadisədən əvvəl smartfon heç bir zaman təmir olunmayıb və onun üçün kənar şarj naqilindən istifadə olunmayıb. Buna görə də smartfonun hansı səbəbdən yanmasını söyləmək çətindir.
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2495

Oxşar yazılar