
DİQQƏT! Düzgün ixtisas seçimi etmək üçün bunları bilməlisiniz - VİDEO
Bu il birinci ixtisas qrupu üzrə 15 min 223 plan yeri ayrılıb, imtahanda isə 150 və ondan yuxarı bal toplayan cəmi 15 min 101 abituriyent var. Ötən illə müqayisədə bu il abituriyentlərin imtahan nəticələrində bal ortalaması da əvvəlki illərə nisbətən aşağıdır. Bu isə o deməkdir ki, düzgün ixtisas seçimi edən hər bir abituriyent tələbə adını qazana biləcək.
Lent.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, bu ilin imtahan nəticələri ilə ötən illərin nəticələri arasında fərqlər var. Yüksək nəticə toplayan abituriyent sayı bu il daha azdır. Həmçinin bu il bəzi ixtisaslar üzrə plan yerlərinin sayı da artıb.
Ekspertlərin fikrinə görə, bu il abituriyentlərin tələbə adını qazanmaq şansları daha çoxdur. Bu yenilikləri nəzərə alan Dövlət İmtahan Mərkəzi ixtisas seçməyə hazırlaşan abituriyentlərə müraciət edib.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, bu il ayrılan plan yerlərinin sayı artırılıb. Bu isə o deməkdir ki, abituriyentlər doğru seçim etsələr, topladıqları bala uyğun olaraq ali məktəb tələbəsi adını qazana biləcəklər.
Abituriyentlər ixtisas seçimini iyulun 24-dən avqustun 6-dək olan müddətdə həyata keçirməlidirlər. 2 və 3-cü qruplar üzrə imtahan nəticələri isə yaxın günlərdə elan ediləcək.
Lent.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxşar yazılar

"Yaşayan Nostradamus"dan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ: dünya tanınmaz dərəcədə dəyişəcək
8 iyul 2025 , 20:15
Ata 6 yaşlı qızını iki arvadı olan kişiyə satdı
8 iyul 2025 , 19:20
30, 40 və 50 yaşda günəş altında nə qədər qalmaq olar?
8 iyul 2025 , 19:07
Kristiano Ronaldo 7 milyon dollarlıq dəbdəbəli yaxtası ilə tətildə - FOTOLENT
8 iyul 2025 , 16:07
Şəkər xəstələrinin dərman narazılığı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
8 iyul 2025 , 15:52
6 saatdan az yatanda orqanizmə nə olur? - ARAŞDIRMA
8 iyul 2025 , 15:37
Balakəndə 20 mindən çox abonentin qazı kəsiləcək
8 iyul 2025 , 15:03
Sabah çimərliklərdə hava küləkli olacaq
8 iyul 2025 , 13:54