
“Telegram” və “WhatsApp”da yeni boşluq aşkarlandı
“Symantec” şirkətinin informasiya təhlükəsizliyi sahəsində mütəxəssisləri hakerlər tərəfindən “Telegram” və “WhatsApp” messencerlərinin media fayllarına müdaxilə üzrə yeni üsul aşkar ediblər.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, ekspertlərin iddiasına görə, göndərilən mesajların şifrlənməsi üçün “Telegram” və “WhatsApp” messencerlərindən geniş istifadəyə baxmayaraq, sözügedən messencerlər media faylların təhlükəsizliyini eyni səviyyədə təmin edə bilmirlər.
“Android” sisteminin idarəetməsi altında işləyən qurğularda messencerlər qəbul edilmiş şəkil və audio faylları ya daxili, ya da kənar saxlanc sistemində saxlayırlar ki, bu da digər quraşdırılmış proqramlar üçün həmin fayllara daha geniş müdaxiləni nəzərdə tutur.
Cinayətkarlar qurğunu kənar saxlanc sisteminə girişə malik zərərverici proqram təminatı ilə yoluxdurduqları halda media fayllara smartfonun sahibindən öncə giriş imkanı əldə edəcək. Nəzəri cəhətdən hakerlər hətta şəkil və ya audio fayldan ibarət mesajı dəyişdirə bilərlər və qurğunun sahibi bu haqda məlumatsız olacaq.
Mütəxəssislər belə haker hücumunu “Media File Jacking” adlandırıblar.
Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi
19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi
19 iyul 2025 , 03:16
Ankarada leysan fəsadlar törətdi
18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü
18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi
18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu
18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var
18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi
18 iyul 2025 , 05:38