® Honor flaqmanları Azərbaycanda - TEZLİKLƏ
İrşad Electronics-dən aldığımız məlumata əsasən Honor smartfonları problemsiz şəkildə, öz qaydasında fəaliyyət göstərməyə davam edir!
Honor smartfonları öz keyfiyyəti və yüksək xidmət səviyyəsi ilə alıcılarının etibarını qazanmışdır. Honor üçün alıcılarının etibarı isə ən dəyərli və önəmli amildir. İstərsə aktual, istərsə yeni model Honor smartfonlarında əməliyyat sistemi avtomatik olaraq yenilənir (hal-hazırda bu keçən həftə yenilənən IMUI 9.0.1. əməliyyat sistemidir). Ən populyar Honor 8X və Honor 10 Lite modellərinin də əməliyyat sistemi artıq yenilənib. Honor smartfonlarında Google Play və Android daxil bütün servislər öz qaydasında fəaliyyət göstərməkdədir. Eyni zamanda yeni təqdim olunmuş Honor modellərində də bütün servislərin problemsiz şəkildə fəaliyyət göstərdiyini də təsdiqləmək istərdik. Bu modellər sırasında Rusiyanın, Böyük Britaniyanın, Fransanın, Almaniyanın və əlbəttə ki, Çinin bazarlarında xüsusi rəğbət qazanmış Honor 10i və Honor 20Series modellərini xüsusi qeyd etmək istərdik. Honor mayın sonunda təqdim olunan və iki həftə ərzində 1 milyondan çox sayda satılan Honor 20 modeli ilə öz seqmentində ən tələb olunan smartfon istehsalçısı olaraq qalır. Honor flaqmanlarının tezliklə Azərbaycan bazarında da alıcılara təqdim olunacağı isə çox sevindirici bir xəbərdir.
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46
İyulun əvvəlində yağış yağacaq, güclü külək əsəcək - Aylıq hava PROQNOZU
30 iyun 2025 , 16:16