Tanınmış meyxana ustası Mehman Əhmədli avtomobil qəzasına düşüb.
Lent.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisa Rusiaynın Sankt-Peterburq şəhərində baş verib.
Meyxanaçının olduğu "BMW X-6" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı baryerə çırpılıb. Hadisə zamanı meyxanaçı başından xısarət alıb.
Buna baxmayaraq Mehman Əhmədli Sankt-Peterburqda sabaha planlaşdırılan proqramını təxirə salmayıb.