Parlamentdə maliyyə amnistiyası ilə bağlı təklif...
27 iyun 2019 12:26 (UTC +04:00)

Parlamentdə maliyyə amnistiyası ilə bağlı təklif...

“Biz maliyyə amnistiyası elan etməliyik”.
 
APA-nın məlumatına görə, bunu bu gün millət vəkili Tahir Kərimli Milli Məclisin növbədənkənar sessiyasının iclasında bildirib.
 
"Maliyyə amnistiyası elan edək, bəzi insanlar ölkədən çıxardıqları vəsaitləri gətirib Azərbaycana sərmayə qoysunlar”, - o qeyd edib.
 
Tahir Kərimli bildirib ki, qarşıdan bələdiyyə seçkiləri gəlir: “Xahiş edirəm ki, büdcədəki artımın yarımca faizi partiyalara ayrılsın. Bu, tək mənim deyil, bir neçə partiyanın təklifidir”.
# 528
avatar

Oxşar yazılar