Magistraturaya qəbul olanların <span style="color:red;">DİQQƏTİNƏ
27 iyun 2019 10:59 (UTC +04:00)

Magistraturaya qəbul olanların DİQQƏTİNƏ

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar iyunun 27-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri müvafiq ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
 
Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.
 
Qeyd edək ki, bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.
# 431
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar