<span style="color:red;">Rusiyada təyyarə qəzası : ölən və yaralananlar var - <span style="color:red;">FOTO  - <span style="color:red;">VİDEO
27 iyun 2019 08:30 (UTC +04:00)

Rusiyada təyyarə qəzası: ölən və yaralananlar var - FOTO - VİDEO

 
 
Rusiyanın Buryatiya Respublikasında təyyarə qəzası baş verib.
 
APA "RİA Novosti"yə istinadən xəbər verir ki, An-24 sərnişin təyyarəsi qəza enişi edib.
 
Bildirilir ki, Buryatiyanın şimalında yerləşən hava limanında baş vermiş hadisədə 2 pilot həlak olub,  22 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib.
 
Təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib. 
İlkin məlumata görə, təyyarə uçuş-enmə zolağından 100 metr kənara çıxaraq binaya çırpılıb. Həmin an təyyarə alovlanıb.
Qeyd edək ki, təyyarə Nijneanqarskdan Ulan-Udey istiqamətində uçurmuş.  Səbəb kimi mühərriklərdən birində nasazlığın olması göstərilir.
 
 

 

 

# 839
avatar

Oxşar yazılar