Konqresin ilk müsəlman qadın üzvü Trampın bu qərarına etiraz etdi
27 iyun 2019 06:31 (UTC +04:00)

Konqresin ilk müsəlman qadın üzvü Trampın bu qərarına etiraz etdi

 
 
 
Amerika-İslam Əlaqələr Şurası (CAIR) ABŞ Konqresinin qarşısında Ali Məhkəmənin ABŞ prezidenti Tramp tərəfindən irəli sürülmüş "Müsəlmanlar üçün viza qadağası”  qərarının Ali Məhkəmə tərəfindən təsdiqlənməsinin 1-ci ilində etiraz aksiyası keçirib. 
 
 
APA CNN-ə istinadla xəbər verir ki, aksiyada CAIR rəhbərləri və Konqresin ilk müsəlman qadın üzvü İlhan Ömər də iştirak edib.
 
 
CAIR-in Əlaqələr Direktoru İbrahim Hooper çıxış edərək bildirib ki, Ali Məhkəmə bu qərarı ləğv etməyənədək mübarizə davam edəcək.
 
İlhan Ömər isə qeyd edib ki, Tramp islamofobiya istiqamətində bir çox addımlar atdıb: “Hələ seçkilər ərəfəsində Tramp müsəlmanların ABŞ-a girişinin tam qadağan edəcəyini vəd vermişdi”.
 
 
Qeyd edək ki, Tramın sözügedən qərarı Ali Məhkəmə tərəfindən 2018-ci il, iyunun 26-da 4/5 səslə təsdiqlənmişdi. 
# 679
avatar

Oxşar yazılar