Minsk-2019: Emin Cəfərov iki idmançını qabaqlayıb
26 iyun 2019 18:55 (UTC +04:00)

Minsk-2019: Emin Cəfərov iki idmançını qabaqlayıb

Minskdə keçirilən II Avropa Oyunlarında kişi stend atıcılarının skit yarışları başlayıb.
 
APA-nin Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 29 iştirakçı təsnifat mərhələsinin ilk günündə qüvvəsini sınayıb.
 
Azərbaycan yığmasının üzvü Emin Cəfərov da sərrastlığını yoxlayıb. 65 xal toplayan snayperimiz ilk günü 27-ci yerdə başa vurub. O, yalnız iki rəqibini qabaqlayıb.
Təsnifat mərhələsinin ilk gününün qalibi Tomas Nidrle olub. Çexiyalı 74 xal toplaya bilib.
 
Qeyd edək ki, təsnifat mərhələsinə sabah yekun vurulacaq.
# 630
avatar

Oxşar yazılar