<span style="color:red;">Türkiyədə AĞIR QƏZA : 10 ölü, 30 yaralı var
26 iyun 2019 09:38 (UTC +04:00)

Türkiyədə AĞIR QƏZA: 10 ölü, 30 yaralı var

Türkiyənin Ədirnə şəhərinin Meriç bölgəsində ağır yol qəzası baş verib.
 
APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qanunsuz miqrantların olduğu avtomobilin qəzaya uğraması nəticəsində azı 10 nəfərin öldüyü və 30 nəfərin də xəsarət aldığı deyilir.
 
Hələlik kimliyi müəyyən edilməyən sürücü idarə etdiyi avtomobilin sükanına nəzarəti itirib və avtomobil divara çırpılıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Ölənlərin hamısının miqrant olduğu bildirilir.
# 589
avatar

Oxşar yazılar