Astarada avtomobilin körpüdən aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
26 iyun 2019 01:19 (UTC +04:00)

Astarada avtomobilin körpüdən aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

 

Astarada baş vermiş qəza nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, bunlar sürücü - 1982-ci il təvəllüdlü Elvin Rahim oğlu Ağamalıyev, 1991-ci il təvəllüdlü Arzu Əlifağa qızı Ağamalıyeva, 2012-ci il təvəllüdlü Rəsul Elvin oğlu Ağamalıyev və 2015-ci il təvəllüdlü Nərgiz Elvin qızı Ağamalıyevadır.

Onlara yerləşdirildikləri xəstəxananın Reanimasiya şöbəsində müalicə göstərilir.

***

Saat 00:38

Astarada baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza rayonun Şahağacı kəndində qeydə alınıb.

"Mitsubishi" markalı avtomobilin yol qovşağı üzərindəki körpüdən aşması nəticəsində bir ailənin 4 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

# 510
avatar

Oxşar yazılar