"Azərbaycan mətbuatının patriarxını itirmişik" - Əflatun Amaşov
25 iyun 2019 11:33 (UTC +04:00)

"Azərbaycan mətbuatının patriarxını itirmişik" - Əflatun Amaşov

 
"Biz Azərbaycan mətbuatının patriarxını itirmişik. Şirməmməd Hüseynovun vəfatı Azərbaycan mətbuatı və cəmiyyəti üçün çox böyük itkidir”.
 
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. O bildirib ki, Ş.Hüseynov bütün yaradıcılığı boyu nəsillər üçün nümunə idi:
 
”Onun üçün öncə millət, dövlət və vətən idi. Şirməmməd Hüseynov elə bir məktəb yaradıb ki, o məktəbin işığı uzun illər, daim Azərbaycanı işıqlandıracaq. Allah ona rəhmət eləsin və qəbri nurla dolsun”.
# 599
avatar

Oxşar yazılar