III Avropa Oyunlarının harada keçiriləcəyi məlum olub
22 iyun 2019 13:51 (UTC +04:00)

III Avropa Oyunlarının harada keçiriləcəyi məlum olub

2023-cü ildə keçiriləcək III Avropa Oyunlarının ev sahibi müəyyənləşib.

Lent.az xəbər veri ki,  bu barədə APA-nın Minskə ezam olunmuş əməkdaşı məlumat verib.

Belə ki, qitəmiqyaslı multiidman yarışı Polşanın Krakov şəhərində baş tutacaq.

Bu barədə qərar Avropa Olimpiya Komitələrinin (AOK) Belarusun paytaxtı Minskdə keçirilən növbədənkənar Baş Assambleyasında verilib. Tədbir iştirakçıları Avropa Oyunları-2023-ə yeganə namizədi dəstəkləyiblər.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda təşkil olunub. II Avropa Oyunları isə hazırda Belarusun paytaxtı Minskdə keçirilir.

 

 

 

 

 

# 637
avatar

Oxşar yazılar