Vaşinqtonda Elmar Məmmədyarovla Zohrab Mnasakanyan arasında görüş başa çatıb - VİDEO - YENİLƏNİB
20 iyun 2019 00:57 (UTC +04:00)

Vaşinqtonda Elmar Məmmədyarovla Zohrab Mnasakanyan arasında görüş başa çatıb - VİDEO - YENİLƏNİB

 
Azərbaycanvə Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşü başa çatıb.
 
APA xəbər verir ki, görüşün nəticələri ilə bağlı tərəflərin açıqlama yayması gözlənilir.
 
****
20:47
 
Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zohrab Mnasakanyan arasında görüş başlayıb.
 
APA-nın XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevaya istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edir.
 
Qeyd edək ki, ötən gün hər iki nazir həmsədrlərlə ayrılıqda görüş keçirib.  

# 670
avatar

Oxşar yazılar