
Gürcüstan parlamentinin sədri Bakı səfərini yarımçıq qoydu - YENİLƏNİB
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Bakıya rəsmi səfərini yarımçıq qoyaraq Gürcüstana qayıdıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə parlament sədrinin kabinetindən məlumat verilib. Nümayəndə heyətinin bir qisminin də parlament sədri ilə birlikdə geri qayıtdığı bildirilir.
21:31
Gürcüstanın parlament sədri İrakli Kobaxidzenin Bakıda rəsmi səfəri davam edir və onun səfər proqramına heç bir dəyişiklik edilməyib.
APA-nın Gürcüstan bürosu İnterPressNews saytına istinadən xəbər verir ki, bu barədə parlament spikerinin kabinetindən məlumat verilib.
Parlament sədrinin səfər proqramında göstərildiyi kimi, o, iyunun 22-də Gürcüstana qayıdacaq.
Qeyd edək ki, onun daha öncə səfəri yarımçıq qoyub Tbilisiyə qayıtdığı bildirilmişdi.
****
18:54
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Tbilisidə baş verən hadisələrlə əlaqədar Azərbaycana səfərini yarımçıq qoyaraq Gürcüstana qayıdır.
APA “Georgia Online”a istinadən xəbər verir ki, Tbilisiyə qayıdan kimi o, istefa haqda bəyanat verəcək.
Məlumata görə, istefa ilə bağlı qərar artıq qəbul edilib və yaxın saatlarda səsləndiriləcək.
Qeyd edək ki, bu gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.
Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48