Həmsədrlər Ermənistan xarici işlər naziri ilə görüşüblər
19 iyun 2019 10:46 (UTC +04:00)

Həmsədrlər Ermənistan xarici işlər naziri ilə görüşüblər

Vaşinqtonda Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanla ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti və Endrü Şofer arasında görüş keçirilib. 
 
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşdə iştirak edib. 
Qeyd edək ki, iyunun 20-də Vaşinqtonda həmsədrlərin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
# 470
avatar

Oxşar yazılar