Bakı metrosunda qatarda texniki nasazlıq yarandı
18 iyun 2019 09:06 (UTC +04:00)

Bakı metrosunda qatarda texniki nasazlıq yarandı

Saat 08:00 radələrində metronun "Xalqlar Dostluğu" stansiyasından "İçəri Şəhər" stansiyasına hərəkət edən qatarda texniki nasazlıq yaranıb.
 
APA-ya "Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, bu səbəbdən qatarların hərəkətində interval da daxil olmaqla 14 dəqiqəyədək fasilə yaranıb. Sərnişinlər qatardan boşaldılıb, qatar depoya yola salınıb.
 
Hazırda qatarların hərəkəti bərpa olunub.
# 506
avatar

Oxşar yazılar