Sumqayıtda maşın aşdı: 3 nəfər yaralandı
17 iyun 2019 19:21 (UTC +04:00)

Sumqayıtda maşın aşdı: 3 nəfər yaralandı

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
 
"Volkswagen Passat" markalı avtomobilin sürücüsü idarəetməni itirərək, nəqliyyat vasitəsini yol kənarına aşırıb. Hadisə nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
# 908
avatar

Oxşar yazılar