Azərbaycan yığması inkişafda olan ölkələrin çempionatında 10-cu olub
16 iyun 2019 14:58 (UTC +04:00)

Azərbaycan yığması inkişafda olan ölkələrin çempionatında 10-cu olub

Kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası inkişafda olan ölkələrin III çempionatında çıxışını başa vurub.
 
APA-nın məlumatına görə, yığmamız Tbilisidə keçirilən yarışı 10-cu pillədə bitirib. 
 
Belə ki, qrup mərhələsində 5-ci olduqdan sonra 9-12-ci yerlər uğrunda oynayan komandamız öncə Malta ilə üz-üzə gəlib. Qarşılaşma 37:22 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. 
 
Həndbolçularımız 9-cu yer uğrunda oyunda isə qrup mərhələsində qalib gəldiyi Hindistanla mübarizə aparıb. Görüş bu dəfə rəqibin qələbəsi ilə yekunlaşıb. Hindistanlılar millimizi 46:28 hesabı ilə məğlub ediblər. 
Nəticədə yığmamız 12 komandanın iştirak etdiyi inkişafda olan ölkələrin III çempionatını 10-cu yerdə başa vurub. 
# 682
avatar

Oxşar yazılar