Avtomobil kanala düşdü: sürücü ağır xəsarət aldı
14 iyun 2019 17:30 (UTC +04:00)

Avtomobil kanala düşdü: sürücü ağır xəsarət aldı

Hacıqabulda avtomobil kanala düşüb, sürücü ağır xəsarət alıb.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayonunun Qubalı-Baloğlan sakini, 1991-ci il təvəllüdlü Xancanov Seymur Cəmil oğlu idarə etdiyi “QAZ-31” markalı avtomobili Pirsaat çayına aşırıb.
 
Ağır xəsarətlər alan sürücü Şirvan Mərkəzi Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
# 599
avatar

Oxşar yazılar