Asiyada dialoq məfkurəsi önə çıxıb
14 iyun 2019 16:46 (UTC +04:00)

Asiyada dialoq məfkurəsi önə çıxıb

Düşənbədə yenicə öz işinə yekun vurmuş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə təşkilatı (AQFETM) qitədə dondurulmuş münaqişələrlə bağlı daha bir çağırış edib.

Bakı Multikulturalizm Mərkəzindən Lent.az-a verilən məlumata görə, hazırda təşkilatın sıralarında 27 ölkə var və o, konstruktiv dialoq meydanına çevrilməklə yeni tutarlı ideya və dəyərli yanaşmaların işlənməsini aktuallaşdırır.

AQFETM-ın yaranması 90-ların əvvəlində Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin vacib və zəruri təşəbbüsü nəticəsində ərsəyə gəlmişdi. Zaman göstərdi ki, belə meydanın olmasına böyük ehtiyac var. Təhlükəsizliyin möhkəmlənməsi hər zaman diqqəti özünə çəkir və artıq bəllidir ki, dünya birliyi dayanmadan bu istiqamətdə bütün potensialını səfərbər etməlidir.

Asiyada çoxsaylı münaqişələr var və onların bir qismi uzun illərdir ki həllini gözləyir. Son zamanlar fövqəl qüvvələr münaqişəli vəziyyətlərə diqqətlərini artırıblar, lakin həll yolları hələ də yox səviyyəsindədir. Belə olduqda Asiyada və onun həssas bölgələrində qitə məmləkətlərinin iştrakı ilə gedən dialoq davam etdirilməlidir.

Sevindirici hal ondan ibarətdir ki, bəzi vacib məsələlərin müzakirəsi ardıcıl tərzdə gedir: sabitlikdə maraqlı olan tərəflər əvvəlcə xırda problemləri həll edirlər sonra isə əlaqələri genişləndirib münasibətlərini möhkəmlədirlər. Bu taktika özünü doğruldur. Hazırda AQFETM meydanlarında əzəli rəqibr və opponentlr belə orta məxrəcə gələ bilirlər. Onların bir-birləri ilə dil tapmağa meyl göstərmələri təsdiqləyir ki, Asiyada sabitliyin möhkəmlənməsinə istiqamət götürmüş dövlətlərin sayı artıb.

Əlbəttə ki, AQFETM hələ bir o qədər də qüdrətli beynəlxalq təşkilata çevrilməyib və onun potensialı bütün ağrılı porblemlərin həllinə çatmır. Qurumun marağında olan odur ki, gərgin münasibətlərə vasitəçilik missiyasını həyata keçirib əməıkdaşlıq bazasını artırsın. Baxış və yanaşmalardaki ziddiyətli məqamların aradan qaldırması üçün bu çox vacibdir.

Təşkilat bunun üçün çoxsaylı səylər göstərməklə koordinasiya işini şaxələndirib ümumi platformaların yenilənməsini təmin edir. Bütün hallarda güc və təzyiq üzərində yeridilən siyasət inkar edilir, çünki mövcud gərginlikləri mülayim yanaşmalarla neytrallaşdırmaq mümkün olur. Bununla yanaşı narkobiznes, qeyri-leqal miqrasiya və insan alveri, silah qaçaqmalçılığı kimi təhdidlərərin artması fonunda əks-tədbirlərin görülməsi mümükündür və mükalimə yolu əvəzedilməz görünür. 

Bu məsələlərdə qitə ölkələri bir-briləri ilə həmrəy və həmfikirdirlər, onların  ümidləri qarşılıqlı fəaliyyətlə bağlıdır.

AQFETM-ın sammitlərində üzv ölkələrin hüquq-mühafizə və xüsusi təyinatlı strukturlarının rəhbərləri kiber cinyətkarlıq, qara bazar və digər qeyri-qanuni fəaliyyət növlərinə qarşı birgə mübarizə proqramları cızaraq əməkdaşlığın sahəsini genişləndirirlər.

Qeyd olunduğu kimi, təşkilatın əsas qayəsi problemli bölgələrdə təhlükəsizliyin yeni arxitekturasısının birgə səylərlə və ən əsası, bərabərlik prinsipi üzərində formalaşdırmaqdan ibarətdir. Bu isə o deməkdir ki, əməkdaşlıq da mütləq şəkildə bərabərhüquqlu olmalıdır.

Buna görə də AQFETM-ın qərarları bir qayda olaraq ümumi razılıq əldə olunduğu təqdirdə qüvvəyə minir. Kollegial yanaşma gələcəkdə anlaşılmazlıq və digər arzuolunmaz cərəyanların yaranmasına imkan vermir.

İldən-ilə əməkdaşlıq sahəsi təşkilat çərçivəsində genişlənir. Düşənbə sammitində İT texnologoyaları, enerji səmərəliyi, maliyyə sektorunun inkişafı, aqrosənaye, orta və kiçik biznesin inkişafı və digər məsələlər ətrafında müzakirə aparılır. Onların ətrafında yeni layihələrin birgə işlənməsi sahiyyə, təhsil, ekologiya, energetika və təhlükəsizlik kimi vacib sahələrin vəziyyətinə müsbət təsir göstərəcək.

Ümumilikdə siyasi dialoq müasir dönəmdə dövlətlərarası münasibətlərin tənzimlənməsi və kompromislər axtarışında ən vacib, özünü doğruldan vasitədir. Ən çətin və dolaşıq məsələlərin həlli üçün məhz dialoq imkanları formalaşdırır. Buna görə də AQFETM platformasında yeni mükalimə meydanlarının yaradılması ümumdönya konsensusu yolunda ən ümidverirci addımlandan biridır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 998

Oxşar yazılar