İsveç qəzeti Azərbaycan əsilli futbolçudan yazdı: <span style="color:red;">7 oyuna 9 qol  - İki ölkədən təklif...
13 iyun 2019 15:32 (UTC +04:00)

İsveç qəzeti Azərbaycan əsilli futbolçudan yazdı: 7 oyuna 9 qol - İki ölkədən təklif...

Bu gün İsveç Krallığının Partille və Harryda bələdiyyələrində 17 min tirajla çap olunan “Partilletidning” qəzetində Azərbaycan əsilli 16 yaşlı futbolçumuz Ayxan Cabbarovla müsahibə dərc olunub. 
 
Lent.az xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı - ekspert Elnur Eltürk məlumat verib.
 
Ayxan Cabbarov Azərbaycanda anadan olub. Hal-hazırda İsveç Krallığının Partille bələdiyyəsində yaşayır. Futbol kariyerasını İsveçin məşhur futbol komandası olan “Göteborg if” klubunda davam etdirir. 
 
Ayxanın bu il Azərbaycan gənclər üzrə milli komandasına rəsmi dəvət alması öz komandasında da xoş qarşılanıb. Ayxan müsahibəsində Türkiyənin “Beşiktaş” klubu tərəfindən onun oyununa baxış keçirilməsi üçün Türkiyəyə dəvət edildiyini bildirib. 
 
Sevindirici məqamlardan biri də odur ki, həmyerlimiz 7 oyunda 9 qol vurub ki, bu da möhtəşəm göstəricidir.
 
Xaricdə yaşayan soydaşlarımızın nailiyyətlərinin yerli mətbuatda marağa səbəb olması çox qürurvericidir.
 
Qeyd edək ki, Partille və Harryda bələdiyyələrində ümumilikdə, 80 min insan yaşayır. 
 
Müsahibə ilə aşağıdakı linkdə tanış olmaq olar:
 
# 1213
avatar

Oxşar yazılar