"Yanardağ" qoruğunda turistlər üçün qiymətlər <span style="color:red;">AÇIQLANDI
13 iyun 2019 12:26 (UTC +04:00)

"Yanardağ" qoruğunda turistlər üçün qiymətlər AÇIQLANDI

"Avqustun 1-dən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğu fərqli qiymətlərlə xidmət göstərəcək, xarici vətəndaşlar üçün 9 manat olacaq".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
 
O bildirib ki, əgər turizm şirkətlərinin uzunmüddətli müqavilə üçün sübutu olsa, onlara köhnə qiymətlər tətbiq ediləcək: "Yerli turistlər üçün qiymət 2 manatdır. Xüsusi olaraq tələbələr üçün 1 manat, məktəblilər üçün isə pulsuzdur".
 
F.Nağıyev deyib ki, hazırda "Yanardağ"a çoxlu turistlər gəlir: "Gün ərzində 500-700 əcnəbi turist  gəlir və hazırda da dinamika müşahidə edilir. Yerli əhali də bura gəlməyə maraqlıdır. Təbliğatı davam etdirməliyik ki, hotellərdə, turizm informasiya mərkəzlərində "Yanardağ"la bağlı məlumatlar olsun".
# 516
avatar

Oxşar yazılar