Yohannes Han: "Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların final mərhələsindəyik"
12 iyun 2019 14:55 (UTC +04:00)

Yohannes Han: "Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların final mərhələsindəyik"

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han Aİ-Azərbaycan biznes forumunda iştirak etmək üçün bu gün Bakıya gəlir.
 
 
APA-nın Avropa İttifaqının saytına istinadən verdiyi məlumata görə, səfər öncəsi Y.Han bildirib ki, Aİ ilə Azərbaycan arasında əməkdaşlıq son bir neçə ildə daha da intensivləşib: “Biz tərəfdaşlıq prioritetlərini qəbul etmişik, nəqliyyat və təhlükəsizliklə bağlı yüksək səviyyəli dialoq qurmuşuq. Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların final mərhələsindəyik. Regional əməkdaşlığı gücləndirmək və vətəndaşlar üçün nəzərəçarpacaq nəticələr əldə etmək üçün Şərq Tərəfdaşlığı proqramı çərçivəsində çox işlər görülüb. Səfərim zamanı Azərbaycanda rabitəlilik, iqtisadiyyat, vətəndaş cəmiyyətinə dəstək, insan haqlarına dair müzakirələr aparacağam”.
 
 
Səfər zamanı komissar Han Azərbaycan Prezidenti İlham Əliyev, Xarici İşlər naziri Elmar Məmmədyarov, İqtisadiyyat naziri Şahin Mustafayev, vətəndaş cəmiyyəti və gənclər təşkilatlarının üzvləri ilə görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774

Oxşar yazılar