
Səbail RİH-in başçısı "Jurnalistlər binası"nın sakinləri ilə görüşüb - FOTO
Bu gün Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov "Jurnalistlər binası"nın sakinləri ilə görüş keçirib.
APA-nın məlumatına görə, görüşün məqsədi istifadəyə verilmiş iki bina sakinlərinin və ətraf ərazilərin problemləri ilə maraqlanmaq, onların həll olunması istiqamətində müvafiq tədbirləri həyata keçirməkdir.
Zeynalov qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin diqqəti və qayğısı nəticəsində artıq jurnalistlər üçün iki bina istifadəyə verilib və üçüncü binanın tikintisi də başa çatmaq üzrədir: "Bu baxımdan, media təmsilçilərinin qayğılarını öyrənmək, problemlərin həllində bilavasitə iştirakçı olmaq Səbail RİH-nin birbaşa vəzifələrindən biridir".
Jurnalistlərin təkliflərini dinləyən Vüqar Zeynalov onların hər biri ilə ayrı-ayrılıqda maraqlanacağını və qısa zamanda həll olunacağını bildirib.
Qeyd edək ki, jurnalistlərin müraciətləri əsasən sosial infrastruktur, abadlıq, yol, nəqliyyat, iaşə xidməti və digər məsələlərlə bağlı olub.
Oxşar yazılar

Rusiyada qətlə yetirilən azərbaycanlı qardaşlar Ağcabədidə dəfn edildi -FOTOLENT -VİDEO
1 iyul 2025 , 10:43Güclü yağış və külək - GÜNÜN HAVASI
1 iyul 2025 , 10:20
İnsanların 50 faizi xəbər oxumaq istəmir - MARAQLI STATİSTİKA
1 iyul 2025 , 09:47
Dövlətimiz böyük qətiyyət göstərdi, cənazələr vətənə gətirildi - JURNALİST
1 iyul 2025 , 09:38
İyul 4 BÜRC üçün yeni başlanğıc olacaq: Bütün çətinlikləri geridə qoyacaqlar
1 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
1 iyul 2025 , 08:20
Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07