ABŞ-da həkimin TÜKÜRPƏDİCİ əməlləri: ölümcül dozada FENTANİL, 25 xəstə...
06 iyun 2019 17:57 (UTC +04:00)

ABŞ-da həkimin TÜKÜRPƏDİCİ əməlləri: ölümcül dozada FENTANİL, 25 xəstə...

ABŞ-ın Ohayo ştatında xəstəxanalardan birinin həkimi 37-85 yaş aralığında olan 25 xəstəsini öldürməkdə ittiham edilib.
 
Lent.az-ın “Fox News”-a istinadən verdiyi xəbərə görə, prokurorluq 43 yaşlı həkim Uilliam Huzelin çalışdığı xəstəxanada 25 pasiyentinə ölümcül dozada ağrıkəsici fentanil təyin etdiyini bildirib.
 
Araşdırmalara görə, Huzel xəstələrinə normadan 10, 20, hətta 40 dəfə dozadan artıq həblər məsləhət görüb. Lakin həkimin xəstələrinə hansı məqsədlə belə bir dozada dərmanlar verməsi aydınlaşmayıb. 
 
Həkimin vəkili deyib ki, Huzel xəstələrin ağrısını azaltmaq məqsədilə bu addımı atıb. 
 
Qeyd edək ki, faktla bağlı aparılan araşdırma 6 aydır davam edir.
# 739
avatar

Oxşar yazılar