1297
11:41
05 İyun 2019

Zakir Həsənov "Şöhrət" ordeni ilə təltif edildi

Azərbaycanın müdafiə naziri Zakir Həsənov "Şöhrət" ordeni ilə təltif edilib.

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasında xidmətlərinə görə Zakir Əsgər oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif edilir.

Qeyd edək ki, müdafiə naziri Zakir Həsənov 6 iyun 1959-cu ildə anadan olub. Bu gün onun 60 yaşı tamam olur.