
Azərbaycanda Gənclərin İnternet İdarəçilik Forumu keçirilib - İLK DƏFƏ
“İnnovasiya Festivalı” çərçivəsində ölkəmizdə ilk Azərbaycan Gənclərin İnternet İdarəçilik Forumu keçirilib. Bu barədə Lent.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, forum nazirliklə bərabər, Azərbaycan Gənclər Fondunun və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) təşkilatçılığı ilə baş tutub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda internetdən istifadə səviyyəsinin 80% təşkil etdiyini bildirib. Ölkədə genişzolaqlı xidmətlərin artırılmasına xüsusi önəm verildiyini vurğulayan nazir müavini deyib ki, hazırda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafı prioritet təşkil edir. Eyni zamanda "Elektron hökumət" həllərinin geniş tətbiqinə diqqət göstərilir.
Forumda çıxış edən BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin müavininin səlahiyyətlərini icra edən Yuliya Şerbinina gənc fəallara üzünü tutaraq bildirib: “Bu gün biz, dünyada gənclərin sayının ən çox təsadüf etdiyi bir dövrdə yaşayırıq və siz, bu önəmli çağın əsas öncüllərindənsiniz! Siz cəmiyyətdə müsbət dəyişiklik yaratmağa qadirsiniz və biz Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi kimi mühüm bir missiyada sizə güvənirik və sizə ehtiyac duyuruq”.
Forumun təşkilində əsas məqsəd Azərbaycan və region ölkələri gənclərini bir araya toplayaraq rəqəmli sahə üzrə inkişaf tendensiyalarının müzakirə və şərh edilməsi olub.
Tədbirə müxtəlif ölkələrdən, əsasən 17-25 yaş arası gənclər qatılıb.
Forum çərçivəsində iştirakçıların nəzəri və praktiki hazırlığı həyata keçirilib. Onlar tədbirin sonunda müxtəlif mövzularda təşkil olunacaq simulyasiya oyununda iştirak ediblər.
“İnternet idarəçiliyinin təməl prinsipləri”, “Gənclərin fikirlərinin formalaşmasında sosial medianın rolu” və “Gənclər üçün internetin biznes imkanları – ideyaların gerçəkləşməsi” adlı seminarlar keçirilib.
Eyni zamanda, “Gənclərin davamlı inkişafı üçün internet idarəçiliyi nə qədər vacibdir?”, “Qlobal, yoxsa spesifik internet – gənclərin fərqli dəyərlərə münasibəti”, “İnterneti uşaqlar və gənclər üçün necə təhlükəsiz etmək olar?” və digər mövzular üzrə debatlar təşkil olunub.
Qeyd edək ki, iyunun 1-də işə başlayan tədbir bu gün başa çatıb
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38